Gürcüstandan sərhədlərin açılması ilə bağlı AÇIQLAMA

Gürcüstandan sərhədlərin açılması ilə bağlı AÇIQLAMA“Gürcüstan sərhədlərini açandan sonra ilk mərhələdə ölkə və ikili vətəndaşlığı olan şəxsləri qəbul edəcək”.

Telexeber.az Report-a istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Giorgi Qaxaria bildirib.
Onun sözlərinə görə, sərhədlərin açılması şəraitində əlavə risklər yaranacaq: “Biz ölkəni həmişəlik bağlaya bilmərik. Yaxın günlərdə Tbilisi-Amsterdam və Tbilisi-Vyana istiqamətləri üzrə reyslər həyata keçiriləcək”.

Baş nazir qeyd edib ki, sərhədlər mərhələli şəkildə açılacaq: “Mərhələlər arasında müddət elə olacaq ki, inkubasiya dövrünə nəzarət mümkün olsun”.
Популярный ролик