Türkiyədə xəstəxanada baş verən partlayışda ölənlərin sayı artdı

Türkiyədə xəstəxanada baş verən partlayışda ölənlərin sayı artdıTürkiyənin cənub-şərqindəki Qaziantep SANKO Universitetinin xəstəxanasında baş verən yanğın nəticəsində ölənlərin sayı artıb.

Telexeber.az Türkiyə mətbuatına istinadən bildirir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca deyib. O bildirib ki, xəstəxanada baş verın yanğında yaralananlardan daha bir nəfəri ölüb. Beləliklə, ölənlərin sayı 10-a çatıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyənin cənub-şərqindəki Qaziantep SANKO Universitetinin xəstəxanasında koronavirus xəstələrinin olduğu Reanimasiya şöbəsində yanğın baş verib.
Популярный ролик