Taliblərin düşərgəsi bombalandı - 47 terrorçu məhv edildi
Facebook
Вконтакте
Одноклассники
Google+
Əfqanıstanın Hilmənd və Qəndəhar vilayətlərində həyata keçirilən əməliyyatlar zamanı Taliban terror qruplaşmasının 47 üzvü məhv edilib. 22 terrorçu sağ ələ keçirilib.
Telexeber.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, əməliyyatlar Hərbi Hava qüvvələri tərəfindən təşkil edilib. Qruplaşmaya məxsus silah anbarı yerlə bir edilib.