Sabiq müdafiə naziri prezident olmaq istəyir
Facebook
Вконтакте
Одноклассники
Google+
İranın keçmiş müdafiə naziri Hüseyn Dehqan cari ilin iyun ayında keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcək.
Telexeber.az xəbər verir ki, bu barədə H.Dehqan jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, İranda hərbçinin prezident seçkilərində iştirak etməsi təəccüb doğurmamalıdır:
"Hərbçilər dəmir intizama və böyük cəsarətə malik olduqları üçün dövləti də nizam-intizam və cəsarətlə idarə edə bilərlər. İranda bütün peşə sahibləri prezident seçkilərində iştirak etmək hüququna malikdirlər".
Qeyd edək ki, H.Dehqan 2013-2017-ci illərdə İranın müdafiə naziri vəzifəsində çalışıb. Sonra o, İranın Ali Rəhbəri Ayətullah Əli Xameneinin təhlükəsizlik məsələləri üzrə müşaviri təyin olunub.