Dünyada koronavirus qurbanlarının sayı 4 MİLYONU ÖTDÜ

Dünyada koronavirus qurbanlarının sayı 4 MİLYONU ÖTDÜDünya üzrə "COVİD-19" qurbanlarının sayı 4 milyon 879 nəfərə çatıb.

Telexeber.az xəbər verir ki, bu günədək 184 941 714 nəfər virusa yoluxub, 169 316 061 nəfər isə virusdan sağalıb.
Koronavirusa yoluxma və ölüm sayına görə ABŞ birinci yerdədir. İlk onluqda Hindistan, Braziliya, Fransa, Rusiya, Türkiyə, Birləşmiş Krallıq, Argentina, Kolombiya və İtaliya var.

Qeyd edək ki, COVİD-19-a ilk yoluxma 2019-cu ilin ortalarında Çinin Vuhan şəhərində rast gəlinib. 2019-cu ilin 31 dekabr tarixində Çin hakimiyyəti naməlum pnevmoniyanın başlaması barədə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) məlumat verib.

ÜST fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirus pandemiya elan edilib.
Популярный ролик