Böyük gərginlik: Çin ordusunun qırıcıları bu ölkəyə daxil oldu - Müdafiə sistemləri işə salındı

Böyük gərginlik: Çin ordusunun qırıcıları bu ölkəyə daxil oldu - Müdafiə sistemləri işə salındıÇin ordusuna məxsus 52 hərbi təyyarə Tayvan sərhədini pozub.

Telexeber.az xəbər verir ki, bu barədə Tayvanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, J-16 qırıcılar və digər hərbi təyyarələr ölkəyə cənub-qərb sərhədlərindən daxil olub. Açıqlamaya görə, təyyarələrə ölkə ərazisindən çıxmaq barədə xəbərdarlıq edilib. Təyyarələrin uçuşları izlənilib, hava hücumundan müdafiə sistemləri işə salınıb.
Çin hakimiyyətinə yaxınlığı ilə bilinən “Global Times” portalının məlumatına görə, Pekinin bu addımı Tayvanda müstəqillik planları quran qüvvələrə və onları dəstəkləyən xarici ölkələrə ciddi mesajdır.
Популярный ролик