Yəməndə qubernatora sui-qəsd olundu

Yəməndə qubernatora sui-qəsd olunduYəməndə Ədən qubernatoru Əhməd Həmid Lemlesin konvoyuna bombalı hücum olub.

Telexeber.az xəbər verir ki, hadisə zamanı üç nəfər həyatını itirib, dördü yaralanıb.
Bildirilib ki, Ədən vilayətinin Ət-Təvahi şəhəri yaxınlığında qubernatorun maşını keçərkən yola yerləşdirilən bomba partladılıb.

Qubernator sui-qəsddən sağ xilas olub. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı hələlik rəsmi açıqlama verilməyib.
Популярный ролик