Yanacaq böhranı yaşanan Livanda 250 min litr benzin sıradan çıxdı

Yanacaq böhranı yaşanan Livanda 250 min litr benzin sıradan çıxdıLivanın cənubundakı Zahrani neft müəssisəsində baş verən güclü yanğın zamanı 250 min litr benzin sıradan çıxıb.

Telexeber.az xəbər verir ki, hadisə yanacağın saxlanıldığı anbarda müşahidə edilib. Tələfat barədə məlumat yoxdur. Bildirilir ki, alovu söndürmək üçün çox sayda yanğınsöndürən cəlb edilib. Hadisə yanacağın transferi zamanında edilən səhv nəticəsində baş verib.
Qeyd edək ki, Livanda yanacaq problemi səbəbilə elektrik enerjsinin verilməsində problem yaranıb.
Популярный ролик