Putin orduya ƏMR VERDİ: Təhlükə artır, silahlanın

Putin orduya ƏMR VERDİ: Təhlükə artır, silahlanın“Son günlərdə ABŞ hərbi gəmiləri Qara dənizə girib və onları binokl ilə də görmək olur”.

Telexeber.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin belə açıqlama verib. O bildirib ki, ABŞ-ın həmçinin Avropaya orta mənzilli raketlərin yerləşdirilməsi barədə planı Rusiya üçün təhdid kəsb edir:
“Buna görə də, əvvəlki qərarlara uyğun olaraq, qarşıdakı illərdə 200-dən çox təyyarə və helikopter, 26 ədəd S-350 və S-400 müdafiə sistemləri, həmçinin kütləvi istehsalı başlayan S-500 müdafiə sistemlərinin ilk nümunə və ya nümunələrinin orduya əlavə tədarük edilməsi lazımdır”.

Putinin sözlərinə görə, müasir silahlarla ilk olaraq donanma təchiz edilməlidir.
Популярный ролик