Şimali Koreya təhdidlərə raket atışları cavab verdi

Şimali Koreya təhdidlərə raket atışları cavab verdiŞimali Koreya daha iki ballistik raketi sınaqdan keçirib.

Telexeber.az xəbər verir ki, bu barədə Yaponiya hökuməti məlumat yayıb. Bildirilir ki, raketlər səhər saatlarında 3 dəqiqə fasilə ilə atılıb. Məlumata görə, mərmilər 50 kilometr hündürlükdə 300 kilometr məsafə qət edib. Bu son 17 gün ərzində Şimali Koreyanın həyata keçirdiyi 4-cü test olub. Qeyd edək ki, ötən həftə ABŞ raket sınaqlarına görə, Şimali Koreyanı sanksiyalarla təhdid edib.
Pxenyan isə bu təhdiddən sonra 3 raket sınaqdan keçirib.
Популярный ролик