Türkiyə XİN Birləşmiş Ərəb Əmirliyinə qarşı hücumu pisləyib

Türkiyə XİN Birləşmiş Ərəb Əmirliyinə qarşı hücumu pisləyibTürkiyə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabiyə pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumları pisləyib.

Telexeber.az xəbər verir ki, hadisə ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb:
“Hücumlarda həyatını itirənlərə Allah rəhmət eləsin, ailələrinə, Birləşmiş Ərəb Əmirlikləri xalqına və hökumətinə başsağlığı veririk", - deyə bəyanatda qeyd olunub.

Xatırladaq ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) neft infrastrukturunun dron hücumuna məruz qalması nəticəsində 3 nəfər ölüb, 6 nəfər isə yaralanıb.
Популярный ролик