İki Avropa ölkəsi Ukraynaya görə üz-üzə gəldi: “Nəticəsi ağır olacaq”

İki Avropa ölkəsi Ukraynaya görə üz-üzə gəldi: “Nəticəsi ağır olacaq”Polşa prezidenti Andjey Duda Macarıstanı təhdid edib.

Telexeber.az xəbər verir ki, buna səbəb Macarıstanın Rusiyaya qarşı mülayim mövqe sərgiləməsidir. Andjey Duda bildirib ki, bu mövqe Macarıstana baha başa gələcək. Dudanın sözlərinə görə, Macarıstan hökuməti Ukraynanı dəstəkləmir. Bundan əlavə, Macarıstan Avropa ölkələrinin Rusiyaya qarşı siyasi həmlələrinə qoşulmur.
Qeyd edək ki, Macarıstan Ukraynaya silah göndərilməsini qadağan etmiş, Rusiyaya qarşı təbii qaz və neft sanksiyalarını dəstəkləməkdən imtina etmişdi.
Популярный ролик