ABŞ Rusiyaya görə Türkiyəyə təzyiq göstərir - Lavrov
Facebook
Вконтакте
Одноклассники
Google+
“ABŞ Rusiya ilə əməkdaşlıq etdiklərinə görə, Çin, Hindistan, Misir və Türkiyəyə təzyiq göstərir”.
Telexeber.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov belə açıqlama verib. O bildirib:
“ABŞ min illik mədəniyyətləri olan ölkələrə göstərişlər verəndə mənə elə gəlir ki, amerikalıların təkcə davranışlarında deyil, həm də mentalitetlərində problemlər var”.
Lavrov qeyd edib ki, Rusiya və Hindistan arasında hərbi əməkdaşlıq ABŞ-ı narahat edir. Hindistanla əlaqələrin yaxşı olduğunu ifadə edən Lavrov, rəsmi Dehliyə təkcə S-400 deyil, digər müdafiə silahları da verə biləcəklərini ifadə edib.