Almaniya kansleri: "Finlandiya və İsveçi müttəfiq kimi səbirsizliklə gözləyirik”

Almaniya kansleri: "Finlandiya və İsveçi müttəfiq kimi səbirsizliklə gözləyirik”“İsveç və Finlandiya ilə biz ittifaqı gücləndirəcək iki dəyərli müttəfiq qazanırıq”.

Telexeber.az xəbər verir ki, bunu Almaniya Kansleri Olaf Şolts tviter hesabında yazıb. O İsveç və Finlandiya hökumətlərinin NATO-ya üzvlük müraciətlərini tarixi addım adlandırıb: “Biz Finlandiya və İsveçin NATO-ya üzv olmaq barədə suveren qərarını alqışlayırıq. Biz ittifaqı gücləndirəcək iki dəyərli tərəfdaş qazanırıq. Biz üzvlük prosesinin sürətlə tamamlanmasını dəstəkləyirik”.
Şolts Finlandiya və İsveçin NATO-ya qoşulmasının səbirsizliklə gözlədiklərini qeyd edib: "Finlandiya və İsveçi tezliklə bizim müttəfiq kimi səbirsizliklə gözləyirik”, - deyə o paylaşımda qeyd edib.
Популярный ролик