Rusiya ABŞ silahlarını hədəfə aldı - 270 ölü

Rusiya ABŞ silahlarını hədəfə aldı - 270 ölüRusiya ordusu Ukraynada Avropa və ABŞ-dan göndərilən silahların olduğu ərazini bombalayıb.

Telexeber.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, silahlar Ukraynanın bölgələrinə göndərilmək üçün Jitomirdəki qatar vağzalına gətirilib. Rusiya ordusu Kalibr raketləri ilə vağzalı hədəfə alıb. Müdafiə Nazirliyi son 24 saat ərzində Ukraynada 47 hərbi məntəqənin vurulduğunu açıqlayıb. Hərbi əməliyyatlar zamanı 270-dən çox hərbçinin həlak olduğu açıqlanıb.
Популярный ролик