Kim Çen Inın “ölümsüz sevgi iksiri”: Küçə-küçə gəzib insanlara təqdim edirlər - Bundan qəbul etsəniz...

Kim Çen Inın “ölümsüz sevgi iksiri”: Küçə-küçə gəzib insanlara təqdim edirlər - Bundan qəbul etsəniz...Şimali Koreyada koronavirusa yoluxanların sayının 4 milyona yaxınlaşdığı bildirilir.

Telexeber.az xəbər verir ki, bu günə qədər ciddi tədbirlər almayan rəsmi dairələr hərəkətə keçib. “Radio Free Asia”nın xəbərinə görə, yerli dairələr peyvənd proqramını tətbiq etməyə başlayıb. Yerli dairələr peyvəndə Kim Çen Inın “Ölümsüz sevgi iksiri” adını verib.Bildirilir ki, küçələrdə gəzən şəxslər səsgücləndiricilər vasitəsilə peyvəndin önəmini “Kim Çen Indan zərif hədiyyə” başlığı ilə xalqa təqdim ediblər.
Qeyd edək ki, sanksiyalara görə, Şimali Koreya lazımi tibbi ləvazimatları əldə edə bilmir. Kim Çen xarici ölkələrin dəstəyini isə rədd edib. Şimali Koreyaya peyvəndlərin Çindən gəldiyi bildirilir.
Популярный ролик