Türkiyə super gücə çevrilir: TB2-dən sonra TB3 gəlir - Qarabağ, Ukrayna...

Türkiyə super gücə çevrilir: TB2-dən sonra TB3 gəlir - Qarabağ, Ukrayna...ABŞ-ın “Forbes” jurnalı Türkiyənin yaxın aylarda istifadəyə verəcəyi Bayraktar TB3-lər barədə məqalə yayımlayıb.

Telexeber.az xəbər verir ki, məqaləyə görə, TB3-lər dünya miqyasında uğurlara imza atan əvvəlki növlərindən daha güclü olacaq. Məqalədə deyilir:
“Bu, Türkiyənin PUA sahəsində super güc olmaq istəməsinin nümayişidir. Yeni PUA Suriya, Qarabağ, Liviya və Ukrayna müharibələrində uğurları ilə tanınan TB2-nin xələfi olacaq. Yeni PUA-lar F-35-lərin əvəzinə TCG Anadolu gəmisinə də yerləşdiriləcək. TCG Anadolu gəmisinə 50 PUA yerləşdirilməsi nəzərdə tutulur”.

Məqalədə Türkiyənin pilotsuz uçuş apartları sahəsində əldə etdiyi uğurlardan bəhs edilib.
Популярный ролик