Şoyqu Türkiyəyə gəldi: Ukrayna ilə bağlı sənəd imzalanır

Şoyqu Türkiyəyə gəldi: Ukrayna ilə bağlı sənəd imzalanır“Müdafiə nazirimiz Sergey Şoyqu Türkiyədədir. İstanbulda taxıl məsələsinə dair sənədin imzalanmasına hazırlanırlar”.

Telexeber.az xəbər verir ki, bu barədə Kremldən açıqlama verilib. Bildirilir ki, sənəd Ukrayna limanlarında qalmış taxılın təhlükəsiz şəkildə dünya bazalarına çıxarılmasını əhatə edir.
Qeyd edək ki, İstanbulda Türkiyə, Ukrayna, Rusiya və BMT nümayəndə heyətlərinin növbəti görüşü keçiriləcək. Görüşdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, BMT Baş katibi Antonio Quttereşin də iştirak edəcəyi nəzərdə tutulub.
Популярный ролик