“Putini necə razı saldınız?” sualına Ərdoğandan GÖZLƏNİLMƏZ CAVAB - Tək cümlə ilə...

“Putini necə razı saldınız?” sualına Ərdoğandan GÖZLƏNİLMƏZ CAVAB - Tək cümlə ilə...Prezident Rəcəb Tayyib Ərdoğanın ““Taxıl sazişi” Türkiyənin səyləri nəticəsində bərpa oldundu” açıqlamasından sonra jurnalistlər ona danışıqların detalları barədə sual veribler.

Telexeber.az xəbər verir ki, jurnalist Ərdoğana “Putini necə razı saldınız?” sualını verib. Ərdoğan isə “Əvvəl Baydenə sonra isə sizə deyəcəm” deyə cavab verib. Türkiyə mənbələri yazır ki, Ərdoğan “Taxil sazişi”nin detallar barədə əlavə açıqlama verəcək.
Qeyd edək ki, Rusiya Qara dənizdə Ukraynanın rus hərbi gəmilərinə hücumunu əsas gətirərək, sazişdən çıxmışdı. Rusiya sazişdən çıxandan sonra “Taxıl sazişi” nəticəsində yaradılmış dəhlizdən keçən yük gəmilərinin təhlükəsizliyinə zəmanət vermədiyini açıqlamışdı. Rusiyan Müdafiə Nazirliyinin məlumatına görə, BMT-nin iştirakı və Türkiyənin səyləri nəticəsində “Taxıl sazişi” bərpa olub. Ukraynanın yazılı zəmanətindən sonra Rusiya sazişin bərpasına razılaşıb.
Популярный ролик