Rusiyanın belini qıran həmlə - Ukrayna ordusu qırıcılarla təmin edilir

Rusiyanın belini qıran həmlə - Ukrayna ordusu qırıcılarla təmin edilirNATO Ukraynaya “F-16” və ya “MİQ-29” qırıcıları verə bilər.

Telexeber.az xəbər verir ki, bu barədə ABŞ Müttəfiq Qüvvələrinin keçmiş komandanı Ceyms Stavridis açıqlama verib. O bildirib ki, Rusiyanın hücumlarının ilk həftələrində NATO Ukraynaya qırıcı verməyi rədd edib. Amerikalı admiralın sözlərinə görə, Ukraynada indi vəziyyət dəyişib və NATO Kiyevə qırıcılar verməyi dəyərləndirir. Bildirilir ki, Ukrayna ordusu quru hücumlarında uğurlar qazansa da, hava üstünlüyü Rusiyanın tərəfindədir.

Qeyd edək ki, bundan əvvəl Avropa ölkələri Ukraynaya döyüş təyyarələrinin verilməsinin vacibliyi barədə təkliflər irəli sürüb.
Популярный ролик