Tini Koks yenidən AŞPA prezidenti seçilib
Facebook
Вконтакте
Одноклассники
Google+
Niderlandlı deputat Tini Koks yenidən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti seçilib.
Telexeber.az xəbər verir ki, o, AŞPA-nın bu gün işə başlayan qış sessiyası zamanı 175 səs toplayıb.
Səsverməyə əsasən, Tini Koks 2023-cü il üçün bir müddətinə qurumun prezidenti seçilib.
Onun həmkarı Ukraynalı deputat Oleksandr Merezko isə 44 səs qazanıb.
Xatırladaq ki, Tini Koks 2022-ci ildə AŞPA-nın prezidenti olub.