Prezident Qlobal Media Forumunun müntəzəm keçirilməsini təklif etdi

Ötən il Şuşada ilk Forum keçiriləndə mən göstəriş verdim ki, bu tədbiri beynəlxalq Foruma çevirmək lazımdır və bu, artıq baş verir.

Telexeber.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında deyib.


Bu tədbirdə çıxışçı kimi təqdim edildiyini, ancaq burada uzun, böyük çıxış etməyə ehtiyacın olmadığını hesab etdiyini bildirən dövlətimizin başçısı vurğulayıb: “Hesab etdim ki, bu sorğu-sual daha maraqlı olar”.

Səbrli olduqları üçün iştirakçılara təşəkkür edən Prezident bildirib:

“Üç saata yaxındır ki, bir yerdəyik. Əminəm ki, bu müzakirələrin sayəsində siz ölkənizə çox yaxşı nəticələrlə qayıdacaqsınız və bizim hökumətimiz üçün də müəyyən maraqlı ideyalar, istiqamətlər olacaq. Sonuncu təklifim isə ondan ibarətdir ki, bu forum müntəzəm olaraq keçirilsin və buna birinci Şuşa Qlobal Media Forumu adı verilsin”.
Популярный ролик