COP29-dan sonra zolaqların taleyi necə olacaq? - AÇIQLAMA
- 19.10.2024, 08:59,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 üçün təşkil edilmiş zolaqlar tədbir bitdikdən sonra silinəcək.
Telexeber.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Bakı Regional İdarəsinin müdir müavini Tərlan Səfərov ictimai dinləmə zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, tədbir başa çatdıqdan sonra COP29 yazısı həmin zolaqlardan silinəcək.
"COP29 yazısı silinmiş zolaqlar adi hərəkət zolağı kimi istifadə ediləcək. Yəni əvvəlki vəziyyətinə geri qaytarılacaq",- deyə o vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində yeni layihələrlə bağlı növbəti ictimai dinləmə keçirilib. Dinləmədə bir sıra məsələlər müzakirə olunub.