Əliyev Ramiz Salman oğlu 20 yanvar 1962-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnistitunu və Azərbaycan Respublikası Dövlət İdarəçilik Akademiyasını bitirmişdir.
Mingəçevir Marif şöbəsi U.G.İ.M-də məşqçi müəllim, Mingəçevir şəhəri, 4 saylı orta məktəbdə bədən tərbiyəsi müəllimi, 11 saylı orta məktəbdə təlim-tərbiyə üzrə direktor müavini, Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəisi, Mingəçevir şəhəri İcra Hakimiyyəti başçısının müavini, Mingəçevir şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Kombinatının direktoru vəzifələrində işləmişdir.
14 yanvar 2020-ci ildə Mingəçevir Bələdiyyəsinin sədri vəzifəsinə seçilmişdir. 1997-ci ildən YAP-ın üzvüdür. Azərbaycanın ən çətin dönəmlərində qardaşı, Əliyev Rüstəm Salman oğlu torpaqlarımızın azadlığı uğrunda 4 il vuruşmuş,sinəsini sipər etmiş,1994 cü ildə Şəhidlik zirvəsinə ucalmışdır.Alllahdan bütün Şəhidlərimizə rəhmət,Qazilərimizə,Veteranlarımıza can sağlı arzu edirik.Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tariximizi cəsur, mübariz Azərbaycan əsgərinin şücaəti ilə yenidən yazdı. 1 milyondan artıq insana 30 ilədək bir müddətdə köçkünlük acısı yaşadan, dədə-baba torpaqlarımıza işğal yolu ilə sahiblənib sərvətini mənimsəyən, mədəni abidələrimizi, yurd yerlərimizi viran qoyan Ermənistan haqq savaşında məğlub oldu. Ümumiyyətlə, tarixin bütün dönəmlərində ad-san qazanmış şəxslər çox olublar. Onların bəziləri istər mərkəzi ərazilərdə, istərsə də bölgələrdə müəyyən imtiyaz və söz sahibi olub əksəriyyət tərəfindən sevilsələr də, bəziləri isə heç də hər kəs tərəfindən lazımınca rəğbət hissi qazana bilməyiblər. Bu kimi halların varlığı bütün dönəmlərdə olmuş və bu gün də özünü təsdiq etməkdədir.Ramiz Əliyev kasıb və eyni zamanda da ziyalı ailədə anadan olub.Ramiz müəllim bu gün əsl xalq məhəbbətini qazanan şəxslərdən biridir,çünki, adı çəkilən bu şəxsin indiyə kimi atdığı addımlar, tutduğu ləyaqətli mövqeyi hər kəs tərəfindən sevilib, lazımınca qiymətləndirilib və rəğbət hissi ilə də qarşılanıb. Bu şəxs haqqında lazımi məlumatları əldə etdikdə o da bəlli olur ki, Ramiz Əliyev özündə elə bir xarakterik xüsusiyyəti cəmləşdirən vəzifə sahibidir ki, o, hər kəsə əl tutmağı, köməklik göstərməyi, xeyirxah addımlar atmağı, sanki özü üçün əsas amal hesab edir. Onu tanıyan, ona bağlı olan hər kəs onu da bilir ki, qəlbində Vətəninə məhəbbət hissi, xalqına bağlılıq duyğusu gəzdirən, hər kəsin problemini özünün şəxsi problemi hesab edən bu şəxs, bu gün də həyata keçirdiyi peşəkar idarəçiliyi ilə fərqlənən vəzifə sahibidir. Ramiz Əliyev Qazilərin, Şəhid ailələrinin, Veteranların , az təminatlı ailələrin yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Ramiz müəllim öz səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır. Hər kəsə bəllidir ki,Ramiz müəllim yaradıcı və qurucu şəxsdir. Bələdiyyə sədri təyin olunduqdan bu günə kimi Mingəçevirimiz dahada abadlaşmış,gözəlləşmişdir.Yaşlı nəslin istirahəti üçün 6 yeni park salınmış,gənclərin məşquliyyəti üçün müxtəlif idman qurğuları qurlaşdırılıb tam istifadəyə verilmişdir.Sakinlər tərəfindən sevilən Cənab sədrə qarşı şər-böhtan atanlar,əyağının altını qazanlarda az deyil.2023 cü ildə Prokrorluğun əməkdaşları şikayət əsnasında yoxlama keçirdib,araşdırma aparıb.Buna rəğmən belə Ramiz müəllimin iş fəaliyyəti təmiz qiymətləndirilib və təşəkkürləndirilib.İşində heçbir nöqsan olmadığını bildirən Ramiz müəllim onuda diqqətə çatdırıb ki,istənilən şəxs bələdiyyənin fəaliyyəti ilə və görülən işlərlə yaxından maraqlana,araşdırma apra bilər (idarənin qapısı hərkəsin üzünə açıqdır). Bir məsələnidə diqqətə çatdırmaq istərdim ki,son günlərdə sosial şəbəkədə özünü Əfqanistan müharibəsinin iştirakçısı kimi təqdim edən Mingəçevir şəhər sakini Faiq bəyin yersiz ittihamları haqda Telexeber.az da araşdırma aparılmış və əldə edilən nəticəni diqqətə çatdırmaq istərdim. Faiq bəy bildirmiş ki,bu günə kimi mən bələdiyyədən heçbir köməklik görməmişəm və onuda qeyd edib ki,bələdiyyə sədri mənimsədiyi vəsaitlə özünə 8 mərtəbəli ev tikdirib.Ancaq araşdırmamız nəticəsində məlum olub ki,Faiq bəy Şəhidlər xiyabanında nəzarətçi işi ilə təmin olunub,sağlamlığı yüksək səviyyədədir və bələdiyyə sədri, dəfələrlə Faiq bəyə maddi mənəvi dəstək olub.8 mərtəbəli evə gəlincə,Faiq bəy sonradan bildirib ki,onu söz gəlişi demişəm.Cənab sədr bu məsələdə haqlı olaraq bildirib ki, -ağır vəziyyətdə əlil qardaşlar,bacılar,ailələr var, 60 a yaxın Şəhid ailələri var,qazilər,veteranlar varki onlara həqiqətəndə köməklik olunmalıdır.Faiq sağlam canla necə onların haqqına girib məcburi şəkildə maddi köməklik tələb edə bilər? Onuda diqqətə çatdırım ki,cənab sədr Şəhidlərimizin dəfnində yüksək səviyyədə iştirak etmiş və bütün xərclərin qarşılanmasında əlindən gələni əsr gəlməmişdir.Ramiz müəllim bunu özünə borc bilərək edib,nəyinsə xatirinə etmiyib.Çünki özüdə Şəhid ailəsidir və Şəhid ailələrini çox gözəl anlayır. Böhtan xarakterli qarayaxmalar Ramiz müəlimi ruhdan salmır,əksinə dahada gücləndirir.Telexeber.az olaraq Ramiz müəllimin iş fəaliyyəti,xidməti haqda və yayılan böhtanlarla bağlı araşdırma aparıb izləyicilərə doğru dürüst xəbər verməyimizi özümüzə borc bildik.Sayılı günlər qalan bələdiyyə seçkilərində ümüd edirik ki,Ramiz müəllim öz namizədliyini təkrar verəcək və onu sevənlər,işinə əziyyətinə qiymət verən hərkəs Əliyev Ramiz Salman oğluna yenidən səs verəcəklər. O , hərzaman bir rəhbər kimi öz işində pirinsipial qətiyyətli və dürüst mövqe tutmuşdur . Bizdə təcrübəli bir KİV rəhbəri kimi belə nümunəvi başqalarına örnək ola biləcək məmurlarımızla qürur duymuşuq , fəxr etmişik. Allah sizləri , sevdiklərinizi və Azərbaycanımızı qorusun . Amin.