Uşaqpulu ilə bağlı işçi qrup yaradılıb? - AÇIQLAMA

Uşaqpulu ilə bağlı işçi qrup yaradılıb? - AÇIQLAMA"Son günlər bəzi kütləvi informasiya vasitələrində Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimliyə istinadən parlamentin payız sessiyasında uşaqpulu məsələsinin müzakirəyə çıxarılacağına dair məlumatlar yayımlanıb".

Telexeber.az xəbər verir ki, Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, guya bir müddət öncə Milli Məclisin sədri Sahibə Qafarova uşaqpulunun bərpasının müzakirəsi üçün parlamentdə işçi qrupun yaradılması barədə göstəriş verib:

"Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi olaraq bildiririk ki, ictimaiyyətə təqdim edilən məlumat həqiqətə uyğun deyil və heç bir əsası yoxdur".
Популярный ролик