Xocavənd rayon Mərkəzi Xəstəxanasının üstünü zurnalist buludları aldı.

Xocavənd rayon Mərkəzi Xəstəxanasının üstünü zurnalist buludları aldı.
Telexeber.az-a etibarlı mənbədən verilən xəbərə əsasən, jurnalist adına ləkə gətirən zurnalistlər birlik yaradıb qarabulud kimi Xocavənd rayon Mərkəzi Xəstəxanasına çöküblər.Əllərində heç-bir əsas olmadan xəstəxananın baş həkimindən rüşvət tələb etmələri,Nurəngiz xanımı lap təngə gətirib.
Yazılan əsassız,şər böhtan yazılara təqzib olaraq onu qeyd etmək istəyirik ki,illərdir fəaliyyət göstərən xəstəxananın işçi personalının iş faliyyətindən sakinlər eləcədə Xocavənd rayon Mərkəzi Xəstəxanasına, müraciət edən xəstələr çox razılıq edirlər.Bəs belə olduğu təqdirdə bu zurnalist birləşməsi öz çirkin əməlləri ilə nəyə nail olmaq isdəyirlər.
Sözü gedən xəstəxanın baş həkimi Bəşirova Nurəngiz İsmayıl qızı, gündəlik həyatını xəstələrə sərf edir.Ziyalı ailəsində dünyaya göz açıb, elimlə,kitabla maraqlanan bir şəxsiyyətdir.Xalqın qulluğunda dəyanan bu cür insanları,gərək iş həyatınan bezdirməyək.

Onuda Telexeber.az-ın oxucularının nəzərinə çatdırım ki, 17 iyun 2020-ci il tarixdə Xocavənd Rayon Mərkəzi Xəstəxanasında Səhiyyə işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib. Tədbirdə iştirak edən Xocavənd Rayon icra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva bildirmişdir ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan olunan koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində bütün dövlətlər kimi, Azərbaycan dövləti də təxirəsalınmaz tədbirlər həyata keçirir. Respublika Prezidenti cənab İlham Əliyevin atdığı qətiyyətli addımlar, xalqımıza göstərdiyi diqqət və qayğı sayəsində bu gün Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində uğurlu nəticələr əldə edilir.
Bu uğurun əldə edilməsində isə heç şübhəsiz ki, həkimlərin, tibb işçilərinin də rolu olduqca böyükdür. Xəstə yaxınlarının ümid yerinə çevrilən həkimlərin və tibb işçilərinin koronavirus infeksiyası ilə mübarizə tədbirlərində gördükləri işlər danılmazdır. Koronavirus kimi təhlükəli virusa qarşı mübarizədə ön cəbhə “əsgərlərimiz” həkimlərimiz və tibbi xidmət personalıdır. Onlar mürəkkəb şəraitdə gərgin əmək sərf edərək sutka ərzində demək olar ki, fasiləsiz çalışırlar.
Xocavənd Rayon Mərkəzi Xəstəxanasında çalışan həkimlər və tibb işçiləri də ölkəmizdə yaşanan bu çətin vəziyyətdə, xüsusi karantin rejimi dövründə koronavirusla mübarizədə əsl güc, dəyanət nümayiş etdirirlər. Vəzifə səlahiyyətlərini layiqincə yerinə yetirərək üzərilərinə düşən işin öhdəsindən layiqincə gəlməyə çalışırlar. Natiq koronavirusla mübarizədə gərgin əmək sərf edən tibb işçilərinə gələcək işlərində uğurlar arzulayıb. Dövlətimizin, ölkə başçısının qayğısı, həkimlərimizin, tibb işçilərimizin əzmkarlığı sayəsində ölkəmizdə bu bəlanın tez bir zamanda aradan qalxacağını qeyd edib və bu çətin işdə onlara uğurlar arzulayıb.
Tədbirdə çıxış edən "Xocavənd Rayon Mərkəzi Xəstəxanası" Publik hüquqi şəxsin direktoru Nurəngiz Bəşirova tibb işçilərinə verilən qiymətə, diqqət və qayğıya görə cənab Prezidentə minnətdarlığını bildirdi. Xocavənd Mərkəzi Xəstəxanası olaraq bundan sonra da üzərlərinə düşən işin öhdəsindən layiqincə gəlmək üçün var gücləri ilə çalışacaqlarını bildirdi.
Sonda əhalini sağlamlığının qorunması və tibbi xidmət sahəsində səmərəli fəaliyyətlərinə görə bir neçə tibb işçisi Xocavənd Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edildi.

Biz,Telexeber.az kolleqtivi adından Nurəngiz xanıma uğurlar arzu edirik.
Xocavənd rayon Mərkəzi Xəstəxanasının üstünü zurnalist buludları aldı.
Xocavənd rayon Mərkəzi Xəstəxanasının üstünü zurnalist buludları aldı.
Xocavənd rayon Mərkəzi Xəstəxanasının üstünü zurnalist buludları aldı.
Популярный ролик