Ermənistanın məhv edilmiş daha 44 hərbçisinin adı açıqlandı

Ermənistanın məhv edilmiş daha 44 hərbçisinin adı açıqlandıİkinci Qarabağ müharibəsi zamanı məhv edilmiş daha 44 erməni hərbçisinin adı açıqlanıb.

Telexeber.az xəbər verir ki, Ermənistan müdafiə nazirliyinin yaydığı yeni siyahıda 1965-2002-ci il təvəllüdlü hərbçilərin adları yer alıb.
Qeyd edək ki, Ermənistanın rəsmi qurumları müharibədəki itkilərini gizlədərək, Qarabağda Azərbaycan Ordusu tərəfindən məhv edilmiş əsgər və zabitlərin statistikasını açıqlamır. Erməni KİV-ləri ölü sayının 5 mindən, yaralı sayının isə 10 mindən çox olduğunu yazırlar.
Популярный ролик