SON DƏQİQƏ: Rusiyadan sərt xəbərdarlıq - İsrail təyyarələrini vuracağıq

SON DƏQİQƏ: Rusiyadan sərt xəbərdarlıq - İsrail təyyarələrini vuracağıqRusiya prezidentinin xüsusi nümayəndəsi Aleksandr Lavrentyev Suriyanın hava məkanını pozan İsrailə sərt xəbərdarlıq edib.

Telexeber.az-ın Tass agentliyinə istinadən məlumatına görə, o bildirib ki, İsrail qırıcıları Suriyada əməliyyatları davam etdirərsə, cavab tədbirləri görüləcək. “İsrail təyyarələrini vurmağa hazırıq” deyən Lavrentyev, Suriyada davamlı sabitliyin bölgə üçün önəmli olduğunu qeyd edib. Onun sözlərinə görə, Rusiya həm diplomatik həm də hərbi yolla İsraili dayandırmaq niyyətindədir.
Lavrentyev hesab edir ki, Suriyanın hava məkanının pozulması bölgədə olan Rusiya ordusu üçün də təhlükə kəsb edir.
Популярный ролик