Rusiya azərbaycanlının qatilini Ermənistana TƏHVİL VERDİ - FOTO

Rusiya azərbaycanlının qatilini Ermənistana TƏHVİL VERDİ - FOTORusiyada azərbaycanlının qətlinə görə azadlıqdan məhrum edilmiş Arman Arakelyan dünən Ermənistana təhvil verilib.

Telexeber.az xəbər verir ki, bu barədə “News.am”a onun vəkili Artur Daşyan məlumat verib.
O, qeyd edib ki, bununla bağlı işlər uzun müddətdir görülürdü. Arman Arakelyanın ekstradisiyası koronavirus məhdudiyyətləri, ikinci Qarabağ müharibəsi və digər səbəblərə görə təxirə salınıb. Qatil cəzasının qalan hissəsini vətənində çəkəcək.

Cinayətkar cəzasının 6 ilini Rusiyanın Murmansk şəhərindəki həbsxanada çəkib.

Arman Arakelyan Rusiyada azərbaycanlını qətlə yetirdiyinə görə, 18 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkumun oğlu və qohumları onun ekstradisiyası tələbi ilə Ermənistanın hökumət binası qarşısında aksiya keçiriblər.(publika.az)
Rusiya azərbaycanlının qatilini Ermənistana TƏHVİL VERDİ - FOTO
Rusiya azərbaycanlının qatilini Ermənistana TƏHVİL VERDİ - FOTO
Популярный ролик