Müharibə hazırlığı: Zirehli texniklar, raketlər bölgəyə daşınır - Türk PUA-ları rus bazaları üzərində uçur

Müharibə hazırlığı: Zirehli texniklar, raketlər bölgəyə daşınır - Türk PUA-ları rus bazaları üzərində uçurUkrayna Rusiyanın Krımdakı hərbi bazalarının yaxınlığına qüvvə toplayıb.

Telexeber.az Türkiyə mənbələrinə istinadən xəbər verir ki, bölgəyə cəlb edilən silahlar arasında Rusiya bazalarını vura biləcək raketlər var. Rusiyalı mütəxəssislərin sözlərinə görə, təlimlər zamanı hərbi qüvvələri bölgəyə cəlb edən rəsmi Kiyev, onları geri çəkmir. Bir müddət əvvəl Rusiya bazalarının lap yaxınlığına BM-30 “Smerch” raketləri və Osa-Akm qısa mənzilli müdafiə sistemlərinin daşındığı müşahidə edilib.
İddialara görə, Ukrayna həlledici həmlə üçün fürsət gözləyir.

Qeyd edək ki, iki gün əvvəl Krım yaxınlığında Ukraynanın Türkiyədən aldığı PUA-ların uçduğuna dair məlumatlar yayılmışdı.
Популярный ролик