"Vaksin vurdurmasan yüz faiz öləcəksən" - Rəşid Mahmudov

"Vaksin vurdurmasan yüz faiz öləcəksən" - Rəşid MahmudovSosial şəbəkələrdə vətəndaşların müxtəlif yollarla saxta COVID-19 pasportu əldə etmələri ilə bağlı iddialar səsləndirilir. Daxili İşlər Nazirliyi (DİN) bununla bağlı araşdırmalar apararaq saxta pasport verən bəzi həkimləri də saxlayıb.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, deputat Rəşad Mahmudov hesab edir ki, saxta peyvənd pasportu verən tibb işcilərinin cəzası birmənalı şəkildə çox ağır olmalıdır: "Ən yaxşı halda isə həmin tibb işçilərinin diplomlarının ləğv edilməsi gündəmə gətirilməlidir".
Bəs, həkimləri və vətəndaşları saxta COVID-19 pasportuna nə məcbur edir? Onların diplomları ləğv edilməlidirmi?

Telexeber.az xəbər verir ki, mövzu ilə bağlı tanınmış həkim, ictimai xadim, tibb elmləri namizədi Rəşid Mahmudovun fikirlərini öyrənib: "Kim ki, saxtakarlıq edir, qanundan kənara çıxır, onlar cəzasını almalıdır. Bunlar insanın həyatı ilə oynamaqdır. O Hipokrat andı içib, belə edirsə, ondan nə həkim olacaq? O andda nələr yazılıb, onları pozmaq olarmı? Həkimlər insan sağlamlığına ziyan vurulmamalıdır”.

Rəşid Mahmudov saxta COVİD pasportu verənlərin diplomlarının ləğv edilməsi təklifinə də münasibət bildirib: "Yalançılıq, saxtakarlıq, dələduzluq, "maşenniklik” bunlara qalsa, onda gərək millətin yarısını tutasan, amma bu da olmur. O həkimlərin etdiyi bu hərəkət də savadsızlıqdır. Bizim başımıza nə gəlirsə, savadsızlıqdan gəlir. Onlar ağılsız adamlardır”.

Rəşid Mahmudov onu da bildirib ki, bəzi insanların vaksin vurdurmaq istəməməsi də savadsızlıqdan irəli gəlir: "Bizim camaat da çox qəribədir ki, vaksin vurdurmaq istəmir. Sən ölmək istəyirsənsə, demək bu, savadsızlıqdır. Düz etmirlər, vaksini vurdurmaq lazımdır. Vaksindən sonra yoluxsan da, yüngül keçirəcəksən, amma vurdurmasan yüz faiz öləcəksən. Sən niyə öz ölümünü istəyirsən? Ona görə də, hər kəs elə öz sağlamlığını düşünüb peyvənd olunmalıdır”.
Популярный ролик