Türkiyə Əfqanıstan mənbəli köç dalğası ilə üz-üzədir - Ərdoğan

Türkiyə Əfqanıstan mənbəli köç dalğası ilə üz-üzədir - Ərdoğan"Türkiyə olaraq İran üzərindən həyata keçirilən əfqan köçü ilə üz-üzəyik. Bölgənin və Əfanıstanınn dərhal sabitliyinə qovuşdurulması üçün hər cür səy göstərməyə davam edəcəyik. Bu istiqamətdə Pakistanla əməkdaşlıq edəcəyik".

Telexeber.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
R.T.Ərdoğan deyib ki, Əfqanıstanda gedərək artan gərginlik, Taliban Kabildə rəhbərliyi ələ keçirməsi Pakistana da öz təsirini göstərdiyinə görə, bu məsələdə Pakistan üzərinə də önəmli vəzifə düşür: “Pakistan 2 milyarddan çox əhalisi olan Cənubi Asiyada çox mühüm bir əhəmiyyət daşıyan ölkələrdəndir. Regionun üzləşdiyi problemlərin həlli yalnız Pakistanın müdaxiləsi sayəsində həll edilə bilər”.

Türkiyə Prezidenti müdafiə sənayesi sahəsində ölkəsinin getdikcə artan qüdrəti digər ölkələrlə əməkdaşlığı gücləndirdiyini də bildirib: “Son 6 ildə Suriyada, Qarabağda, Liviyada ortaya qoyduğumuz güclü müqavimətin arxasında belə böyük bir əzm var. Qərblilərin bizə vermədikləri hər müdafiə sənayesi məhsulu ilə “pis qonşu bizi ev sahibi etdi” prinsipi ilə əslində bizə uğur qazandırdılar. Buradan onlara təşəkkür edirəm”.
Популярный ролик