Hakimiyyəti ələ keçirən "Taliban" ölkənin adını dəyişdirir - YENİ AD

Hakimiyyəti ələ keçirən "Taliban" ölkənin adını dəyişdirir - YENİ ADXəbər verdiyimiz kimi, Taliban Əfqanıstanın böyük hissəsi ilə birlikdə Kabili də nəzarəti altında aldıqdan sonra faktiki olaraq hakimiyyəti ələ keçirib.

Telexeber.az İHA-ya istinadən xəbər verir ki, Taliban rəsmisi Prezident sarayında yeni açıqlama ilə gündəmə gəlib. Belə ki, o, ölkənin adının Əfqanıstan İslam Respublikasından Əfqanıstan İslam Əmirliyinə dəyişdiriləcəyini açıqlayıb.

Bununla yanaşı, Əfqanıstanın sabiq daxili işlər naziri Əli Əhməd Cəlalinin taliblərin rəhbərlik etdiyi keçid hökumətinə rəhbərlik edəcəyi bildirilmişdi. Talibanın iki rəsmisi isə, Əfqanıstanda keçid hökumətinin olmayacağını və tam bir səlahiyyətin gözlənildiyini iddia edib.
Популярный ролик