ABŞ hərbçiləri Kabildə DƏHŞƏT YAŞADI: 13 ölü, 18 yaralı - Bayden QƏZƏBLƏNDİ

ABŞ hərbçiləri Kabildə DƏHŞƏT YAŞADI: 13 ölü, 18 yaralı - Bayden QƏZƏBLƏNDİƏfqanıstanın paytaxtı Kabildəki beynəlxalq hava limanında baş verən ardıcıl partlayışlar zamanı həlak olan ABŞ hərbçilərinin sayı 13-ə, yaralıların sayı isə 18-ə çatıb.

Telexeber.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden terror hücumlarının İŞİD-in Xorasan qolu tərəfindən törədildiyini bildirib.
O bəyan edib ki, ABŞ ordusu hücuma qarşılıq verəcək. “Özümüz müəyyən etdiyimiz zaman və yerdə bu hücuma qarşılıq verəcəyik” - deyə Bayden qeyd edib.

Qeyd edək ki, terror aktları nəticəsində ümumilikdə 100-ə qədər insan həlak olub. 150-dən çox yaralı var.
Популярный ролик