Ərdoğanın bəyanatı Rusiyanı NARAHAT ETDİ: Üzüntü duyuruq

Ərdoğanın bəyanatı Rusiyanı NARAHAT ETDİ: Üzüntü duyuruq“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Krımla bağlı BMT Baş Assambleyasındakı açıqlamaları bizi üzüb”.

Telexeber.az xəbər verir ki, Kreml sözçüsü Dmitri Peskov belə açıqlama verib. O bildirib:
“Bu açıqlamaların bizə yönəldiyini hesab edirik. Türkiyə prezidentinin Rusiyaya səfəri ərəfəsində belə açıqlama verməsindən təbii olaraq üzüntü duyuruq”

Qeyd edək ki, Ərdoğan çıxışı zamanı Krımın ilhaqından narahatlıq ifadə etmişdi. Ərdoğan Krımın İlhaqını tanımadıqlarını, Ukraynanın ərazi bütövlüyünə önəm verdiklərini ifadə edib.
Популярный ролик