Ərdoğanla Bayden Qarabağ məsələsini müzakirə edəcək

Ərdoğanla Bayden Qarabağ məsələsini müzakirə edəcək“ABŞ-la əlaqələrimiz yaxşı yöndə inkişaf edir”.

Telexeber.az xəbər verir ki, bunu “Milliyet” qəzetinə müsahibəsində Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib. O qeyd edib ki, Türkiyə ilə ABŞ-arasında siyasi, iqtisadi, energetika, təhlükəsizlik, terrora qarşı mübarizə, ticarət, müdafiə sənayesi, qlobal məsələlərlə bağlı əlaqələr var.
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Bayden ilə “G-20” liderlərinin oktyabrın 30-31-də Romada keçiriləcək Zirvə toplantısı çərçivəsində liderlərin gündəliyin əsas məsələləri olaraq Əfqanıstan, Suriya, İraq, Qarabağ, Qafqaz, Liviya, Şəqri Aralıq dənizi və başqa bölgələr mövzusunda da müzakirələr aparacaqlar” deyə Kalın qeyd edib.
Популярный ролик