DSX rəisi helikopter qəzasında yaralanan sərhədçilərə baş çəkib

DSX rəisi helikopter qəzasında yaralanan sərhədçilərə baş çəkibDövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev hərbi helikopterin qəzaya uğraması nəti­cəsində yaralanmış və hazırda DSX-nin Hərbi Hospitalında müalicə alan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilova baş çəkib.

Bu barədə Telexeber.az-a DSX-dən məlumat verilib.
E.Quliyev hərbi qulluqçularla söhbət edib, səh­hətlərinin vəziyyətilə maraqlanıb, tezliklə sağalmalarını arzulayıb.

Hərbi qulluqçuların sağlamlıq durumu və müalicələrinin gedişatı Dövlət Sərhəd Xidmətinin rəisinə məruzə olunub, onların sağlamlıqlarının bərpa olun­ması və qısa müddətdə xidmətə qaytarılmaları üçün bütün lazımi tədbirlərin görüldüyü bildi­rilib.
Популярный ролик