Rusiya Xəzərdəki qüvvələrinə təlimat verdi: 10 min hərbçi hərəkətə keçdi - Vəziyyət yenidən gərginləşir

Rusiya Xəzərdəki qüvvələrinə təlimat verdi: 10 min hərbçi hərəkətə keçdi - Vəziyyət yenidən gərginləşirRusiya Ukrayna sərhədi yaxınlığında hərbi təlimlərə başlayıb.

Telexeber.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, hərbi təlimlərə 10 mindən çox hərbçi və çox sayda hərbi texnika cəlb edilib. Bildirilir ki, Rusiyanın Xəzər dənizi və Qara dənizdəki qüvvələri də təlimlərə çağırılıb. Təlimlərin keçiriləcəyi ərazilər Volqoqradı, Həştərxanı, Stavropolu, Rostovu və Krasnodarı əhatə edir.
Qeyd edək ki, Rusiya və NATO ötən gün Ukrayna məsələsi ilə bağlı Brüsseldə toplantı keçirmişdi. Danışıqların nəticələri barədə ətraflı məlumat yoxdur.
Популярный ролик