Əliyev Ukraynada, Rəisi Rusiyada, Blinken, Ərdoğan... - Nə baş verir?

Əliyev Ukraynada, Rəisi Rusiyada, Blinken, Ərdoğan... - Nə baş verir?Avropa bu həftə inanılmaz diplomatiya fəallığına səhnə oldu. Almaniyanın Xarici İşlər nazirinin Rusiyada, Kanadanın Xarici İşlər nazirinin Ukraynada, ABŞ Dövlət katibinin Ukraynada, Azərbaycan prezidentinin Ukraynada olması diqqət çəkib.

Telexeber.az xəbər verir ki, “The New York Times” qəzetində yayımlanan məqalədə ekspertlər bu diplomatik fəallığı şərh ediblər. Eskpertlər bildirir ki, bu görüşlərin hamısının əsas müzakirə mövzusu Rusiyanın Ukrayna sərhədinə 100 min hərbçi yığması ilə bağlıdır. Bu hərbçilərin bir hissəsi Belarusdakı təlimlərə cəlb edilərkən, Moskva Ukraynaya müdaxilə planının olmadığını bəyan edib. ABŞ tərəfi isə Rusiyanın hər an hücuma keçə biləcəyini irəli sürür.
Analitiklərin sözlərinə görə, bu gün ABŞ-ın Dövlət Katibi Entoni Blinken və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov arasında Cenevrədə baş tutacaq görüş, Ukrayna məsələsi ilə bağlı diplomatiya adına son ümid olabilər. Ukrayna ətrafında gərgin vəziyyətin hökm sürdüyü bir vaxtda İran prezidenti İbrahim Rəisinin Moskvaya səfəri də diqqətdən qaçmayıb. Ekspertlərin sözlərinə görə, İran bu gərgin vəziyyətdə dünyaya Rusiyanın “dostu” olduğunu nümayiş etdirməyə çalışır.

Putin və Rəisinin görüşü zamanı heç bir anlaşma imzalanmasa da, Kremlin Tehrana da çox silah satmaq istədiyi məlumdur. Analitiklərin fikrincə Rusiya İranın nüvə silahına sahib olmasını istəmir. Moskva həmçinin İranın bombalanmasına da qarşıdır.

Ekspertlər yaxın günlərdə baş tutacaq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukrayna səfərinin Moskva-Kiyev münasibətləri baxımından olduqca vacib olduğuna diqqət çəkir.
Популярный ролик