Ərdoğan bu gün Ukraynaya gedir

Ərdoğan bu gün Ukraynaya gedirTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Ukraynaya rəsmi səfərə yollanacaq.

Telexeber.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə lideri Kiyevə səfəri zamanı Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışıqlar aparacaq.
Qeyd olunub ki, səfər zamanı iki ölkə arasında yeni əməkdaşlıq addımlarının atılacağı gözlənilir. Məlumat üçün bildirək ki, bu səfər çərçivəsində Ukrayna və Türkiyə arasında Azad Ticarət Sazişinin imzalanması da planlaşdırılıb.

Səfər çərçivəsində müzakirə olunacaq əsas məsələ Rusiya ilə Ukrayna arasında gərginlik və gərginliyi azaltmaq üçün atılacaq addımlar olacaq.
Популярный ролик