Şok təhdid: Bizim xəttimizi keçsəniz onda gününüzü görəcəksiniz

Şok təhdid: Bizim xəttimizi keçsəniz onda gününüzü görəcəksiniz“Ukrayna ordusu Donetsk və Luqansk bölgələrinə hücum edərsə, Belarus və Rusiya buna birgə cavab verəcək”.

Telexeber.az xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko belə açıqlama verib. O bildirib ki, ABŞ Ukraynanı hücum etməyə təşviq etmək istəyir:
“Ukrayna məsələsində prezident Vladimir Putin doğru davranış sərgiləyir. Bunu dəstəkləyirəm. Qırmızı xəttimizi çəkdik. Bu xətti keçsəniz onda gününüzü görəcəksiniz”.

Jurnalistin müharibə olacağı təqdirdə Ukrayna torpaqlarına raket hücumunun təşkil edilib-edilməyəcəyi ilə bağlı suala, dövlət başçısı “Təkcə raket hücumu olmayacaq” cavabını verib. Lukaşenko buna bütün vasitələrlə cavab veriləcəyini ifadə edib:

“Qərb istəsə belə Ukrayna Rusiya və Belarusla müharibə aparmayacaq. Müharibə olarsa, maksimum 3-4 gün davam edər”.
Популярный ролик