Şəki Suvarma İdarəsinin rəhbəri- şər-böhtan xarakterli yazılardan təngə gəlmişəm.

Şəki Suvarma  İdarəsinin rəhbəri- şər-böhtan xarakterli yazılardan təngə gəlmişəm.
Əkin və həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, həmçinin əhalinin içməli suya tələbatının ödənilməsi ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir.

“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə tədbirlər planında torpaqların su təminatının yaxşılaşdırılması üçün meliorasiya-irriqasiya işlərinin həyata keçirilməsinin davam etdirilməsi əsas istiqamətlərdən biri kimi nəzərdə tutulub.
Son illər respublikamızın hər yerində olduğu kimi, Şəki-Zaqatala bölgəsi rayonlarında da bu sahədə xeyli iş görülüb.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Şəki Suvarma İdarəsinin rəisi Sabir Əhmədov Telexeber.az-a müsahibəsində, son illər Şəki rayonunda həyata keçirilən meliorativ tədbirlər barədə ətraflı məlumat verib.
-Sabir Əhmədovun verdiyi məlumata görə, hazırda rayon ərazisində 176 subartezian və 8 artezian quyusu istismardadır. Bu quyular vasitəsilə 2773 hektar əkin sahəsinin suvarma suyu və həmin ərazilərdə yaşayan 40 minədək sakinin içməli su ilə təminatı ödənilir. 2020-ci ildə rayon ərazisində daha 13 subartezian və 5 artezian quyusunun qazılması nəzərdə tutulur. Bu quyular istismara verildikdən sonra Şəki rayonunda əlavə olaraq 200 hektaradək əkin sahəsinin suvarma və 3 min nəfər əhalinin içməli su ilə təminatı daha da yaxşılaşacaq.
İldən ilə böyük addımlarla irəliləyən uğurlu naliyyətlərimizə, nədənsə bəziləri paxıllıqla yanaşırlar,şər-böhtan xarakterli yazılar dərc edib millətin ağlını bulandırırlar.Ancaq bütün bunlara baxmayaraq ruhdan düşmürük,xalqımıza- millətimizə canla-başla qulluq etmişik və edəcəyikdə.Haqqımda paylaşılanlar haqqında onu deyə bilərəm ki,əlinizdə sübut-dəlil varsa gəlin göstərin,mən sizlərdən üzür istiyəcəm,verilən cəzayada razı olacam.Ancaq kiməsə haqsız yerə şər atmaq kişi işi deyil.

Daş altında yatan zəhərli ilanlardan Allah sizi qorusun Sabir müəllim.
Популярный ролик