Müdafiə Nazirliyi məlumat yaydı

Müdafiə Nazirliyi məlumat yaydı
Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.

Bu barədə Telexeber.az-a Müdafiə Nazirliyindən bildirilib.
Məlumat üçün bildirilir ki, döyüş sursatlarının utilizasiya prosesi 23.05.2022-ci il tarixdən 28.05.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.
Популярный ролик