Rusiyadan xəbərdarlıq: NATO ilə müharibə ehtimalı artıb

Rusiyadan xəbərdarlıq: NATO ilə müharibə ehtimalı artıb
“NATO-nun Rusiya sərhədlərinə yaxınlaşması müharibə ehtimalını artırır”.

Telexeber.az xəbər verir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu belə açıqlama verib. O bildirib ki, Avropanın şərqində təhlükəsizlik problemləri ciddiləşib. Sergey Şoyqunun sözlərinə görə, NATO Avropanın şərqindəki təsirini artıraraq, bölgəyə hücum silahları yerləşdirib.
“Rusiyanın səylərinə baxmayaraq Qərb ciddi narahatlıqları nəzərə almadı. NATO sərhədlərimizə yaxınlaşdı və müharibə ehtimalı ciddi dərəcədə artdı” - deyə Şoyqu bildirib.
Популярный ролик