İran tərəfindən ŞOK İDDİA: Terrorçunun yanındakı iki xanım... - "Hücumu bu ölkə təşkil edib"

İran tərəfindən ŞOK İDDİA: Terrorçunun yanındakı iki xanım... - "Hücumu bu ölkə təşkil edib"İran mediası İstanbulda töror aktı törədən suriyalı qadının yanındakı iki qadınla bağlı maraqlı iddia ortaya atıb.

Telexeber.az xəbər verir ki, İrna agentliyi terrorçu qadının yanında hərəkətə edən iki xanımın İsraildən olduğunu irəli sürüb. İranın xəbər agentliyi bu iddia ilə hücumun arxasında İsrailin olduğunu irəli sürüb. İsrail mediası da iddialara cavab verib. Bildirilib ki, həmin xanımların hadisə ilə əlaqəsi yoxdur. İsrail mediası yazır ki, həmin qadınlar tətil üçün Türkiyəyə gəliblər və artıq geri qayıdıblar. Onlar yaxınlıqdan keçən qadının terrorçu olduğunu bilməyib.


Qeyd edək ki, 6 nəfərin ölümünə, 81 nəfərin yaralanmasına səbəb olan terror hücumunu təşkil edən suriyalı qadın nəzarətə götürülüb. Hücumun PKK terrorçuları tərəfindən təşkil olunduğu bildirilib.
İran tərəfindən ŞOK İDDİA: Terrorçunun yanındakı iki xanım... - "Hücumu bu ölkə təşkil edib"
Популярный ролик