İki gün əvvəl qəza törədən sürücü öldü

İki gün əvvəl qəza törədən sürücü öldüGoranboyda qəza törədən sürücü Bakıda öldü.

Telexeber.az-ın "Qafqazinfo"ya istinadən verdiyi xəbərə görə, qəza dekabrın 22-i səhər saat 07 radələrində rayonun Qızılhacılı qəsəbəsi ərazisində baş verib. Göygöl rayon sakini, 1971-ci il təvəllüdlü Alik Əhmədov özünə məxsus "Naz-Lifan" markalı 25 BG 739 nömrəli avtomobilin idarəetməsini itirərərək aşırıb. Xəsarət alan A.Əhmədov Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına yerləşdirilib.


Dekabrın 23-ü xəstəxanada vəfat edib. Məhkəmə tibb ekspertizası təyin edilib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Популярный ролик