Yolu keçən piyadanı maşın vurub öldürdü

Yolu keçən piyadanı maşın vurub öldürdüGoranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Telexeber.az DİN-in saytına istinadən xəbər verir ki, mayın 8-də saat 17 radələrində Goranboy rayonunun Goran qəsəbəsi ərazisində Gürcüstan vətəndaşı B.Giorgi idarə etdiyi “MAN” markalı avtomobillə yolu keçən Tərtər rayon sakini Şahnaz Baxşəliyevanı vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Популярный ролик