Azərbaycanda dəhşətli qətl: Kişi arvadının başını kəsdi

Azərbaycanda dəhşətli qətl: Kişi arvadının başını kəsdiQobustan rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Telexeber.az APA-ya istinadən xəbər verir ki, bu gün saat 18:00 radələrində Qobustan şəhər sakini Rəsulov Elnur Yarəhməd oğlu ailə münaqişəsi zəminində bıçaqla həyat yoldaşının başını kəsib.

O, üç uşaq anası olan arvadını öldürdükdən sonra bıçaqla özünün qollarını kəsib, qarın nahiyyəsinə xəsarət yetirib. Elnur Rəsulov təcili tibbi yardım stansiyasının avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Faktla bağlı Qobustan rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Популярный ролик