Bakıda 60 yaşlı kişi meyiti tapıldı

Bakıda 60 yaşlı kişi meyiti tapıldıBakı şəhərinin Yasamal rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Telexeber.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Onlar mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1961-ci il təvəllüdlü Şahnəzərov Şakir Əli oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.
Популярный ролик