Polis bölməsində intihara CƏHD

Polis bölməsində intihara CƏHDBakının Sabunçu rayonunda intihara cəhd hadisəsi baş verib.

Telexeber.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində qeydə alınıb.

1994-cü il təvəllüdlü Abbasov Təbriz Elbrus oğlu saxlanılaraq polis bölməsinə gətirilib. O, bölmənin ikinci mərtəbəsində özünü pilləkəndən yerə atıb. T.Abbasov müxtəlif bədən xəsarətləri ilə bölmənin polis əməkdaşlarının nəzarəti altında 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır.
Популярный ролик